“AZƏRLOTEREYA” FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
“Azərlotereya” dövlət təşkilatı kimi respublika ərazisində hər növ lotereyaların təşkili, keçirilməsi və buraxılışı üçün məsuliyyət daşıyır. ASC ötən il dövlət büdcəsinə 1 milyard 346 milyon manat məbləğində vergi ödəmişdirsə, cari ilin altı ayı ərzində bu rəqəm 7,8 milyard manata çatmışdır. Həmin dövrdə “Azərlotereya”nın Quba, Xaçmaz, Gəncə, Bərdə və Lənkəranda nümayəndəlikləri açılmışdır. Hazırda “Azərlotereya”nın mütəxəssisləri iki yeni layihə üzərində işləyirlər. Layihələri cari ilin sonunadək başa çatdırmaq nəzərdə tutulur.