“Azərsu” ASC-nin sədr müavini Qaxda vətəndaşlarla görüşəcək
Bakı, 16 noyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov noyabrın 25-də Qax şəhərində Qax və Şəki sakinləri ilə görüşəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul saat 10:00-dan başlayaraq Qax şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.
Vətəndaşlar qəbul üçün Qax və Şəki Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və “[email protected]” elektron poçtu vasitəsilə ilə ASC-yə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]