SİYASƏT
AZƏRTAC-IN DAHA BİR XARİCİ MÜXBİR MƏNTƏQƏSİ AÇILMIŞDIR
Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın Ukraynada xüsusi müxbiri fəaliyyətə başlamışdır. Bu vəzifəyə təyin olunmuş Zeynal Ağazadə əvvəllər respublikamızın müxtəlif mətbuat orqanlarında çalışmış, son bir neçə ildə Ukraynada yaşayaraq, ştatdankənar müxbir kimi AZƏRTAC-la əməkdaşlıq etmişdir.
Əminik ki, Avropanın böyük ölkələrindən birində, Azərbaycanla möhkəm dostluq və əməkdaşlıq əlaqələrinə malik Ukraynada agentliyimizin xüsusi müxbirinin fəaliyyət göstərməsi həm də GUÖAM-ın üzvləri olan müstəqil dövlətlərimiz arasında informasiya məkanının genişlənməsi baxımından faydalı olacaqdır.
Xüsusi müxbirimizin Ukrayna paytaxtından göndərdiyi ilk materialı oxuculara təqdim edirik.