“Azexport” portalı Azərbaycan istehsalı olan şərab məhsullarını Rusiyaya ixrac edəcək
Bakı, 18 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı növbəti Sərbəst Satış Sertifikatlarını təqdim edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sertifikatlar Azərbaycanda “İsmayıllı Şərab-2” ASC tərəfindən istehsal olunan “Chabian” brendli şərab məhsullarının Rusiyaya ixracı üçün nəzərdə tutulub.
Qeyd edək ki, Sərbəst Satış Sertifikatı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən verilir. Sertifikat ixrac edilən malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə 2018-ci ilin aprel ayından 2022-ci ilin noyabr ayına kimi 633 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika Qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinə məhsulların ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar “www.azexport.az” portalı vasitəsilə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]