AzTU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
Bakı, 29 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində keçirilən ali təhsil müəssisələrinin sərgisində Azərbaycan Texniki Universiteti (AzTU) də öz stendi ilə təmsil olunur.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, iyulun 31-dək davam edəcək sərgi çərçivəsində hər gün saat 12:00-da Azərbaycan Texniki Universitetinin abituriyentlər üçün xüsusi təqdimatı keçiriləcək.