AzTU əməkdaşları abituriyentlərə universitetdə tədris olunan ixtisaslar haqqında məlumat verirlər
Bakı, 30 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində keçirilən ali təhsil müəssisələrinin sərgisi davam edir.
Sərgidə Azərbaycan Texniki Universitetinin (AzTU) stendinə ziyarətçilərin böyük marağı müşahidə olunur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, AzTU əməkdaşları ziyarətçilərə universitet haqqında ətraflı məlumat verir, həmçinin tələbə qəbulu ilə bağlı sualları cavablandırırlar. Sərgi çərçivəsində universitetin xüsusi təqdimatı da keçirilir. Abituriyentlərə universitetdə görülən işlər və onları maraqlandıran ixtisaslar barədə geniş təqdimat edilir.