DÜNYA
BAEA İRAQLA BAĞLI TAM MƏRUZƏ TƏLƏB EDİR
O, “Vaşinqton post” qəzetinə müsahibəsində demişdir: “Əgər İraqda silah varsa, biz onu tapmaq istərdik, əgər yoxdursa, bu məsələ xətm olunmuşdur. ABŞ məruzənin məxfi versiyasını bizə təqdim etməlidir”.
Əl-Bəradei vurğulamışdır ki, BMT-nin hər bir üzvü kimi, ABŞ da Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, İraqın sabiq rəhbərliyinin nüvə silahı yaradılmasına dair mümkün planlarına aid istənilən informasiyanı BAEA-ya təqdim etməlidir. O, məruzənin tam versiyasını almaq məqsədi ilə hələ ötən ay ABŞ hökumətinə müraciət etmiş, lakin indiyədək cavab almamışdır.
Söhbət ABŞ-ın İraqda KQS-nin axtarışı ilə məşğul olan ekspertlər qrupunun rəhbəri Devid Keyin məruzəsindən gedir. Məruzədə ABŞ-ın İraqa müdaxiləsi zamanı bu ölkənin KQS-ya malik olması barədə əsaslı dəlillərin yoxluğu göstərilirdi.