İQTİSADİYYAT
“Bakcell”dən Klass abunəçilərinə yeni təklif
Bakı, 15 iyun, AZƏRTAC
“Bakcell” şirkəti Klass tarifində olan abunəçilərinə ölkədaxili dəqiqələrin, internet trafikin və SMS-lərin istifadə olunmayan hissəsinin növbəti aya keçirilməsini mümkün edən yeni təklif təqdim edib. Belə ki, aylıq abunə haqqını vaxtında ödəyən Klass abunəçilərinin cari ay ərzində istifadə etmədikləri ölkədaxili dəqiqələri, internet trafiki və SMS-ləri növbəti ayın paketinə əlavə ediləcək.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, istənilən Klass tarifinə qoşulma pulsuz şəkildə həyata keçirilir. Klass tarifində olan abunəçilərin balanslarından seçdikləri paketə uyğun aylıq abunə haqqı tutulur və bu məbləğ müqabilində onlara ölkədaxili dəqiqələr, internet trafiki, SMS və “Whatsapp”dan pulsuz istifadə etmək imkanı təqdim edilir. Bu aylıq abunə haqqı hər ay müəyyən tarixdə abunəçilərin balansından sistem tərəfindən avtomatik şəkildə çıxılır. Bunu nəzərə alaraq, yuxarıda qeyd edilən təklifdən tam faydalanmaq istəyən abunəçilər həmin tarixdə aylıq abunə haqqının çıxılması üçün nömrələrinin balansında kifayət qədər vəsait saxlamalıdırlar.