“Bakı-2017”: Üç metr hündürlükdə tramplindən suya tullanma yarışlarında finalçılar müəyyənləşib
Bakı, 18 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında kişi idmançılar arasında 3 metr hündürlükdə tramplindən suya tullanma yarışlarında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi Artem Danilov və Dmitri Sorokin təmsil ediblər. Hər iki idmançımız finala adlayıb. Azərbaycan idmançılar ilə yanaşı, finalda iranlı Şahnam Nazarpur, Mojtaba Valipur, indoneziyalı Tri Priambodo və Aldiansiah Rafi medallar uğrunda mübarizə aparacaqlar.