Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
Bakı, 29 yanvar, AZƏRTAC
Bu il Bakı Ali Neft Məktəbinin (BANM) Prezident təqaüdçüləri arasında eyni məktəbin iki məzunu da var.
BANM-dən AZƏRTAC-a bildirilib ki, Günay Qadiyeva və Fidan Tərişli Bakı şəhərində yerləşən “Zəngi” liseyini bitiriblər. Onların hər ikisi hazırda Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alırlar.
Günay Qadiyeva 685,1 balla, Fidan Tərişli isə 685,5 balla Prezident İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülüblər. Onlar həm sinif yoldaşı, həm də yaxın rəfiqədirlər.