BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4903,63 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 483 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 2,37 bənd düşmüş və 1 dollar üçün 4906 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında banklar arasında USD/AZM T+0 aləti üzrə 1 milyon 50 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının örta hesablanmış məzənnəsi 1 dollar üçün 4905,62 manat olmuşdur.
Beləliklə, USD/AZM T+0 aləti üzrə hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 1 milyon 533 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 7 milyard 520 milyondur. Bir əqdə, orta hesabla, 191 625 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM TOM aləti üzrə 1 avro üçün 6197,50 manat məzənnə ilə 10 min avro məbləğində əqd bağlanmışdır.
EHBS-də banklar RUR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 32,169 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Oktyabrın 21-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.