İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 15 may (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) mayın 14-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta hesablanmış birja məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7829 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7829 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 490.971,80 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7829 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 626.000 dollar, yaxud 490.971,80 manat olmuşdur.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
BEHS-də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməmişdir.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 10,20 faiz, ABŞ dolları üzrə isə 10,50 faiz təşkil etmişdir.
Mayın 14-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmamışdır.