BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 31 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4913 manata bərabər olmuşdur. Təklif 25 min ABŞ dolları və tələb 31 ABŞ dolları olduğu şəraitdə manatın məzənnəsi 1 bənd aşağı düşmüş və 1 ABŞ dolları üçün 4914 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 4914 manat həddində olmuşdur. USDAZM T+0 aləti üzrə BEST-də 2 milyon 63 min ABŞ dollarına bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 10,138 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 229,222 min dollar düşmüşdür.
Dilerlər tərəfindən tələb olmadığından USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
Banklar AVRAZM, RUR/AZM alətləri üzrə BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 3,116 milyard manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Noyabrın 18-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.