BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 850 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4918 manata bərabər olmuş və hərracların sonunadək dəyişməz qalmışdır. Tələb və təklif 850 min dollar olmuşdur.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4918,17 manat həddində idi. USDAZM T+0 aləti üzrə BEST-də 755 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 3 milyard 713 milyon təşkil edir. Bir hərraca orta hesabla 107 min 857 ABŞ dolları düşmüşdür.
BEST-də USD/AZM T+1 və T+2 aləti üzrə dilerlər tərəfindən tələb olmadığından əqdlər bağlanmamışdır.
BEST-də AVR/AZM, RUR/AZM aləti üzrə banklar sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında ümumən 6 milyard 117 milyon manat məbləğində kreditlər cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Dekabrın 3-də birjada kredit alətləri üzrə banklar arasında əqdlər bağlanmamışdır.