Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Daşkənd xətti: Yeni Avrasiya bağlantısının strateji dayağı – ŞƏRH

Bakı-Daşkənd xətti: Yeni Avrasiya bağlantısının strateji dayağı – ŞƏRH

‎Bakı, 25 avqust, AZƏRTAC

‎Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələnin başlanğıcını göstərməklə yanaşı, daha geniş bir geosiyasi prosesin mühüm göstəricisinə çevrilir. Səfərin nəticələrinə yalnız ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi kontekstində baxmaq kifayət deyil. Burada daha mühüm məqam Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyi ilə Özbəkistanın Mərkəzi Asiyadakı artan iqtisadi və geosiyasi çəkisinin vahid bağlantı məkanında birləşməsidir.

‎Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Brüssel Enerji Klubunun qlobal enerji məsələləri üzrə məsləhətçisi, Vyanada yerləşən Siyasi Risk və Strateji Məsləhət Xidmətinin baş eksperti, siyasi elmlər doktoru Elxan Nuriyev səsləndirib.

‎O qeyd edib ki, Daşkənddə imzalanmış “Əbədi dostluq haqqında Müqavilə” bu münasibətlərin siyasi əsaslarını daha da möhkəmləndirir. Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi isə tərəfdaşlığın artıq ayrı-ayrı siyasi təşəbbüslər səviyyəsindən çıxaraq institusional xarakter aldığını göstərir. Yeni sənədlər, investisiya layihələri, iqtisadi əməkdaşlıq və ticarətin 2030-cu ilədək 1 milyard dollara çatdırılması hədəfi münasibətlərin gələcək gündəliyinin kifayət qədər konkret olduğunu nümayiş etdirir.

‎"Lakin səfərin əsas strateji əhəmiyyəti heç də bu göstəricilərlə məhdudlaşmır. Azərbaycan və Özbəkistan getdikcə daha çox bir-birini yalnız tərəfdaş dövlət kimi deyil, dəyişən Avrasiya məkanında bir-birini tamamlayan iki strateji qovşaq kimi görür. Özbəkistan Mərkəzi Asiyanın ən mühüm iqtisadi mərkəzlərindən biridir. Azərbaycan isə Xəzərdən Cənubi Qafqaza, Türkiyədən Avropa bazarlarına uzanan nəqliyyat və enerji marşrutlarında mühüm mövqeyə malikdir. Bu iki məkanın daha sıx birləşdirilməsi yeni geoiqtisadi imkanlar yaradır. Bu baxımdan Orta Dəhliz, xüsusi əhəmiyyət daşıyır. Son illərdə Orta Dəhliz haqqında çox danışılır. Lakin növbəti mərhələdə əsas məsələ yalnız marşrutun mövcudluğunu təmin etmək deyil, onu rəqabətqabiliyyətli, sürətli və proqnozlaşdırıla bilən logistika sisteminə çevirməkdir. Azərbaycan və Özbəkistanın bu istiqamətdə daha sıx əməkdaşlığı bu məqsədin reallaşdırılmasına mühüm töhfə verə bilər. Bu kontekstdə Prezident Şavkat Mirziyoyevin Özbəkistan ilə Azərbaycan arasında Xəzər üzərindən vahid operator tərəfindən idarəolunan ayrıca nəqliyyat dəhlizinin yaradılmasına maraq ifadə etməsi, xüsusi diqqət çəkir. Bu təşəbbüs reallaşarsa, iki ölkə arasında yükdaşımaların səmərəliliyini artırmaqla yanaşı, Mərkəzi Asiyanın Qərb bazarlarına çıxış imkanlarının daha da şaxələndirilməsinə xidmət edə bilər. Burada daha geniş bir strateji məntiq ortaya çıxır: Mərkəzi Asiya ilə Cənubi Qafqaz artıq ayrı-ayrı geosiyasi məkanlar kimi deyil, Xəzər dənizi vasitəsilə bir-birinə bağlanan vahid geoiqtisadi sistem kimi nəzərdən keçirilə bilər", - deyə ekspert vurğulayıb.

‎Onun sözlərinə görə, bu prosesin əhəmiyyəti xüsusilə indiki beynəlxalq şəraitdə artır. ‎O hesab edir ki, iqtisadi əlaqələrin genişlənməsi bu prosesin davamlılığını təmin edə bilər. Özbəkistanda Azərbaycan investisiyalarının artması, Azərbaycanda isə Özbəkistan şirkətlərinin fəallaşması qarşılıqlı iqtisadi asılılığı dərinləşdirəcək. Bankçılıq, enerji, mədənçilik, tikinti, kənd təsərrüfatı, turizm və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi münasibətləri yalnız dövlətlərarası səviyyədə deyil, biznes və cəmiyyətlər səviyyəsində də möhkəmləndirir. "Eyni zamanda, Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması və Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı göstərir ki, Bakı–Daşkənd münasibətləri yalnız nəqliyyat, ticarət və investisiya ilə məhdudlaşmır. Tarixi-mədəni yaxınlıq müasir institusional əməkdaşlıqla tamamlanır. Səfərin Buxara mərhələsi də bu əlaqələrin dərin tarixi qatını simvolik şəkildə önə çıxarır. Prezident İlham Əliyevin Özbəkistana səfərinin ən mühüm nəticəsi yeni sənədlərin və layihələrin sayında deyil, iki ölkənin münasibətlərinin strateji məzmununun dəyişməsindədir. Bakı ilə Daşkənd arasında münasibətlər artıq “strateji tərəfdaşlıq” anlayışından “strateji qarşılıqlı bağlılıq” mərhələsinə doğru irəliləyir",- deyə ekspert əlavə edib.

‎Onun fikrincə, növbəti illərdə əsas məsələ bu siyasi iradənin konkret infrastruktur, investisiya və ticarət layihələrinə çevrilməsi olacaq. Əgər bu proses ardıcıl şəkildə davam edərsə, Azərbaycan–Özbəkistan xətti yalnız iki ölkəni deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən daha geniş Avrasiya arxitekturasının əsas dayaqlarından birinə çevrilə bilər.

‎Başqa sözlə, Xəzər artıq iki regionu ayıran su hövzəsi deyil. O, getdikcə onları birləşdirən strateji körpüyə çevrilir. Bakı–Daşkənd tərəfdaşlığının gələcək əhəmiyyəti də məhz bu körpünün nə qədər səmərəli, dayanıqlı və rəqabətqabiliyyətli qurulacağından asılı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb