Bakı Dövlət Universitetinin yeni yataqxanasının açılışı olub
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunmuş tələbə yataqxanasının açılışı olub. Təhsil naziri Emin Əmrullayev açılış mərasimində iştirak edib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 5 min 100 m2 olan beş mərtəbəli yataqxana 220 tələbə üçün nəzərdə tutulub. Müasir standartlara cavab verən yataqxanada 104 standart yataq otağı ilə yanaşı, 2 qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdırılmış sahə var.