Bakı Fond Birjasının nümayəndə heyəti Qazaxıstanda beynəlxalq konfransa qatılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Bakı Fond Birjası (BFB) və onun üzvü olan investisiya şirkətlərinin nümayəndə heyəti Qazaxıstan Fond Birjasında (KASE) “ESG-maliyyə bazarının inkişafı üçün yeni paradiqma” beynəlxalq maliyyə konfransında iştirak ediblər.
BFB-dən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi KASE ilə əməkdaşlıq istiqamətlərini müzakirə etmək və maliyyə bazarlarının inkişafı yönündə bilik mübadiləsi olub. Səfər zamanı Azərbaycan kapital bazarının iştirakçıları KASE Global layihəsinin həyata keçirilməsi və inkişafı ilə bağlı məlumatlar ilə tanış olublar. Bununla yanaşı, KASE nümayəndələrinin klirinq xidmətləri, hesablamalar, KASE üzvlük və məlumatların açıqlanması məsələlərini əyani şəkildə göstərən bir sıra görüşlər də təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]