CƏMİYYƏT
“Bakı Gənclər Debat Forumu: 2023” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib
![](/files/galleryphoto/2023/3/1200x630/17024737396414013969_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024737393985331602_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702473739576113879_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702473740894050696_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024737401769235910_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024737405469623730_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024737403087619108_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024737406003960627_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024737401604128792_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702473740153417347_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702473740607627475_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024737403751237242_1200x630.jpg)
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı, SOCAR-ın Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Bakı Gənclər Debat Forumu: 2023”ün final və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ali təhsil müəssisələrinin prorektorları və 200-dək tələbə iştirak edib.
Tədbirin salamlama nitqini Debat Foruma ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, DVC-nin sədrin müşaviri İlkin Hüseynov Forumun gedişatında debatçılara uğurlar arzulayıb.
“Bilik iqtisadiyyatına keçid edən ölkələrdə rəqabətə davamlı bazarın formalaşması üçün süni intellektin tətbiqi şərtdi” mövzusunda Forum çərçivəsində qrup və seçmə oyunları keçirilib, Azərbaycan və rus bölməsi üzrə 25 ali təhsil müəssisəsinin debat klublarının natiqlərindən ibarət 50 komanda iştirak edib. 2 gün,187 saatdan çox davam edən forumda 1000-dən artıq gənc maariflənib.
“Bakı Gənclər Debat Forumu”nun final mərhələsində Azərbaycan dili bölməsi üzrə Azərbaycan Tibb Universitetinin “TGF-Betta” və Bakı Dövlət Universitetinin “Qeyd-Şərtsiz” komandaları, rus bölməsi üzrə isə Bakı Dövlət Universiteti “Katyuşa BQU” və Azərbaycan Dövlət İqtisad Universitetinin “TTM” komandaları yarışıb.
Debat hakimlərinin nəticələrinə əsasən Azərbaycan bölməsi üzrə Bakı Dövlət Universitetinin “Qeyd-Şərtsiz”, rus bölməsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin “TTM” komandaları qalib seçiliblər.
Forumun hər iki bölmə üzrə natiqliyi ilə seçilən ümumilikdə ən yaxşı 20 natiqi də müəyyən olub. Belə ki, Azərbaycan bölməsi üzrə Debat Forumun ən yaxşı birinci natiqi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Elnur Nuruzadə (61.57 bal), rus bölməsi üzrə isə Bakı Dövlət Universitetinin tələbəsi Həsən Paşayev (62 bal) olub.
Tədbirdə təşkilatın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub və ən yaxşı natiqlər, finalçılar, qaliblər mükafatlandırılıb.