Bakı Olimpiya Stadionunda atletika yarışları davam edir
Bakı, 16 may, AZƏRTAC
Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, hazırda kişi paralimpiyaçılar arasında nüvəitələmə yarışlarının final mərhələsi keçirilir. Yarışda ölkəmizi Oloxan Musayev təmsil edir.
Həmçinin qadınlar arasında 400 metr məsafəyə sədlərlə qaçış yarışlarının final mərhələsinə də start verilib.
Bu gün qadınlar arasında çəkicatma və qadınların 100 metr məsafəyə qaçış yarışlarının yarımfinal mərhələsi keçiriləcək. Çəkiatmada Azərbaycan Hanna Skidan ilə təmsil olunur.