Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Praqa əməkdaşlığı: Strateji tərəfdaşlıqda yeni dinamika

Bakı-Praqa əməkdaşlığı: Strateji tərəfdaşlıqda yeni dinamika

Bakı, 29 aprel, AZƏRTAC

Son həftələrdə Azərbaycan-Avropa ölkələri xəttində nəzərəçarpan fəallaşma müşahidə olunur və Çex Respublikasının Baş naziri Andrey Babişin aprelin 27-də ölkəmizə rəsmi səfəri bu prosesin məntiqi davamı kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov səsləndirib.

O bildirib ki, Andrey Babişin özünün də qeyd etdiyi kimi, Azərbaycan onun Avropa İttifaqından kənara ilk səfər istiqaməti olub və bu sözlər kifayət qədər rəmzi xarakter daşıyır. Çünki tam aydındır ki, Çexiya Baş nazirinin səfəri sadəcə rəsmi protokoldan irəli gələn diplomatik jest deyil. Bu, Praqanın Azərbaycana və Cənubi Qafqaz regionuna perspektivli iqtisadi və logistik məkan kimi artan marağının təzahürüdür. Burada mühüm bir məqamı vurğulamaq lazımdır: Baş naziri onun birinci müavini Karel Qavliçek və iş adamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edib. Bu heyət səfərin əsas diqqət mərkəzinin iqtisadiyyat olduğunu təsdiqləyib.

“Ümumiyyətlə, Bakı ilə Praqa arasındakı münasibətləri sabit və dərin böhranlardan uzaq bir əməkdaşlıq kimi xarakterizə etmək olar: 1990-cı illərin əvvəllərindən tərəflər energetika, ticarət, humanitar və təhsil sahələrində ardıcıl inkişaf yolu keçiblər. Lakin bu sabitliyə rəğmən, münasibətlər uzun müddət daha çox inersiya xarakteri daşıyıb. İqtisadi və geosiyasi potensialın böyük olmasına baxmayaraq, qarşılıqlı fəaliyyəti keyfiyyətcə yeni səviyyəyə qaldıracaq irimiqyaslı layihələr çatışmırdı. Məsələn, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan və Çexiya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 807 milyon 572 min ABŞ dollarına yaxın olub. Ticarətin əsasını “qara qızıl” ixracı formalaşdırıb: Azərbaycan bazarın 42 faizini təmin etməklə Çexiyanın ən böyük neft tədarükçüsünə çevrilib. Qlobal bazarlardakı qeyri-sabitlik, geosiyasi böhranlar və Hörmüz boğazındakı risklər fonunda bu amilin əhəmiyyəti daha da artır”, - deyə o əlavə edib.

Qaz amilinin də eyni dərəcədə mühüm olduğunu deyən K.Bayramov qeyd edib ki, Azərbaycan qazının Avstriya və Almaniya daxil olmaqla Mərkəzi Avropa ölkələrinə nəqlinin başlanmasından sonra qitənin yeni enerji konfiqurasiyası formalaşır. Bu məntiqə əsasən Çexiya idxalçılar zəncirinin növbəti halqası ola bilər. Texniki baxımdan bu, tamamilə real görünür, çünki Cənub Qaz Dəhlizi artıq fəaliyyətdədir, İtaliya əsas qəbul mərkəzi (hab) rolunu oynayır, Avstriyanın coğrafi mövqeyi isə oradan Çexiyaya gələcək tədarüklər üçün tranzit bəndi kimi istifadə etməyə imkan verir. Beləliklə, söhbət sadəcə ikitərəfli layihədən deyil, Praqanın Bakının getdikcə daha mühüm rol oynadığı geniş enerji arxitekturasına qoşulmasından gedir.

“Çexiyada da anlayırlar ki, müasir Azərbaycan yalnız Cənubi Qafqazın ən böyük iqtisadiyyatı deyil, həm də Avrasiyanın əsas nəqliyyat-logistika qovşaqlarından biridir. Son iyirmi ildə ölkəmiz Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi qlobal miqyaslı infrastruktur layihələrini reallaşdırıb. Bu layihələr faktiki olaraq regionun iqtisadi coğrafiyasını dəyişərək Avropanı Mərkəzi Asiya və Yaxın Şərqlə bağlayıb. Bu kontekstdə Çexiya da daxil olmaqla Avropa ölkələrinin Azərbaycana marağı tamamilə məntiqlidir”, - deyə deputat vurğulayıb.

O xatırladıb ki, Çexiya Baş nazirinin səfəri Bakının son bir ayda avropalı tərəfdaşları ilə digər mühüm təmasları - Litva Baş nazirinin, Latviya və Ukrayna prezidentlərinin Azərbaycana səfərləri fonunda baş tutur. Bu səfərlərin hər biri təhlükəsizlikdən tutmuş kənd təsərrüfatı və logistikaya qədər geniş spektri əhatə edən sazişlər paketinin imzalanması ilə müşayiət olunub. Bu, vahid bir tendensiyanı formalaşdırır: Azərbaycan həm Aİ, həm də NATO üzvü olan Avropa ölkələri ilə qarşılıqlı fəaliyyətini ardıcıl olaraq artırır.

“Bütövlükdə, Azərbaycanın bugünkü xarici siyasəti mürəkkəb, lakin dərindən düşünülmüş ikitərəfli əlaqələr sistemidir. Bu kontekstdə Çexiya həm Aİ, həm də NATO üzvü kimi Azərbaycan diplomatiyasının Avropa istiqamətində mühüm elementinə çevrilir. Andrey Babişin səfərini sabitlikdən dinamikaya, bəyanatlardan konkret layihələrə keçid üçün bir “imkanlar pəncərəsi” hesab etmək olar. Azərbaycan təkcə Avropa ilə əlaqələrini gücləndirmir, həm də praqmatizm, çeviklik və strateji hesablamaların əsas rol oynadığı yeni bir qarşılıqlı fəaliyyət modeli formalaşdırır”, - deyə K.Bayramov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və İranın xarici işlər nazirləri arşında telefon danışığı olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ