SİYASƏT
BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN MƏLUMATI
Aprelin 20-də özlərini Birləşmiş Müxalifət Hərəkatı adlandıran quruma daxil olan Partiyaların qadın üzvlərinin Dövlət Film Fondunun (keçmiş “Qələbə” kinoteatrının) qarşısındakı meydanda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilmişdir.
İki saata yaxın davam edən və qadınlarla bərabər bu partiyaların kişi təmsilçilərinin də qatıldığı tədbirdə təxminən 400 nəfər iştirak etmişdir.
İctimai asayişin və hüquq qaydalarının kobud şəkildə pozulması hallarına yol verilməmişdir.