Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri davam edir
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycanda Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də baş tutacaq Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar yarışın keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini, həmçinin trekin asfalt örtüyünün yarışa tam hazır vəziyyətə gətirilməsi istiqamətində təmir-bərpa işlərini davam etdirir.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, iyunun 22-si saat 09:00-dan iyunun 23-ü saat 18:00-dək Rəsul Rza küçəsinin Zərifə Əliyeva küçəsi və Neftçilər prospekti ilə olan kəsişmələri arasındakı hissəsində təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən yolun həmin hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Zərifə Əliyeva küçəsi ilə gələn sürücülərin alternativ yollardan istifadə etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]