Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI SLAVYAN UNİVERSİTETİNİN REKTORU PROFESSOR KAMAL ABDULLAYEVİN ÇIXIŞI

- Zati-aliləri möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar, həmkarlar və tələbələr!

Hörmətli xanımlar və cənablar!

İcazənizlə, Bolqarıstan Respublikasının Prezidenti möhtərəm cənab Georgi Pırvanova Bakı Slavyan Universitetinin fəxri doktoru diplomunun təqdim olunması mərasimini açıq elan edim.

Sizə böyük məmnuniyyətlə bildirirəm ki, Bakı Slavyan Universiteti Elmi şurasının 2004-cü il 29 sentyabr tarixli geniş iclası Bolqarıstan və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsində, iki dövlət arasında əməkdaşlığın genişləndirilməsində, elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin dərinləşdirilməsində xidmətlərinə görə Bolqarıstan Respublikasının Prezidenti cənab Georgi Pırvanova yekdilliklə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilməsini qərara almışdır.

Cənab Prezident, mən bu münasibətlə həm Sizi, həm də Bakı Slavyan Universitetinin Elmi şurasını ürəkdən təbrik edirəm.

Bugünkü görüş, şübhəsiz ki, xalqlarımız arasında uzun illərdən bəri mövcud olan səmimi dostluq münasibətlərinin, müasir Azərbaycanda və müasir Bolqarıstanda son illərdə aparılan daxili və xarici siyasətin nəticəsidir. Çox sevindiricidir ki, bu siyasət sayəsində Azərbaycan və Bolqarıstan arasında hərtərəfli əməkdaşlıq uğurla inkişaf etməkdədir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik dövlət quruculuğunun bəhrəsidir ki, müstəqil Azərbaycan bu gün dünya birliyi ölkələri ilə, regionda nüfuzlu bir dövlət olan Bolqarıstanla qarşılıqlı faydası olan əməkdaşlıq, əsil dostluq münasibətləri qurur. Bu gün biz çox şadıq ki, cənab Prezident Siz və Prezident İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsi və genişlənməsinə çalışırsınız. Sizin ölkəmizə səfərinizi biz bu dostluq münasibətlərinin yeni bir təzahürü kimi qiymətləndirir, universitetimizə gəlişinizdən şərəf duyur, Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident!

Hörmətli qonaqlar!

Bu gün artıq qürurla deyə bilərik ki, respublikamızın bir çox slavyan ölkələri, o cümlədən Bolqarıstanla əlaqələrinin inkişafında Bakı Slavyan Universiteti faydalı rol oynayır. Prezident Heydər Əliyevin Fərmanı ilə 2000-ci ildə, 50 illik tarixi olan Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılmış Bakı Slavyan Universiteti nadir ixtisaslar üzrə, o cümlədən bolqarşünaslıq üzrə kadr hazırlayan, geniş beynəlxalq əlaqələri olan nüfuzlu təhsil müəssisəsi kimi bu gün bütün regionda tanınır.

Onu da deyim ki, öyrəndiyimiz, tədqiq etdiyimiz ölkələrin mədəniyyət-tədris mərkəzlərinin açılması da bir ənənəyə çevrilməkdədir. BSU-da rus, türk, Ukrayna, yunan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu gün mən fərəh hissi ilə bolqar mədəniyyət mərkəzinin açılışı barədə xəbər verirəm və ikiqat xoşdur ki, cənab Prezident, bu mərkəzi məhz Siz açdınız.

Cənab Prezident, diqqətinizə çatdırmaq istərdim ki, bolqar dili və ədəbiyyatını, Bolqarıstanın tarixini, ictimai-fəlsəfi fikir tarixini, bolqar mədəniyyətini özündə ehtiva edən bolqarşünaslıq ixtisası universitetimizdə layiqli yer tutur. Bu ixtisas üzrə 34 tələbə bakalavr, 6 tələbə isə magist təhsili alır.

Biz bolqar mədəniyyəti, ədəbiyyatı və incəsənətini təkcə BSU-da deyil, respublika miqyasında da ciddi təbliğ edirik. Universitetimizin əməkdaşları və tələbələri tərəfindən bolqar dilindən ədəbi-publisistik əsərlər tərcümə və çap edilir, təhsil ocağımızda bolqar mədəniyyət günləri keçirilir, bolqarşünas tələbələrin elmi və özfəaliyyət dərnəkləri fəaliyyət göstərir. Bu yaxınlarda “Dəyişən dünyada Bolqarıstanın yeri” adlı çox maraqlı tələbə konfransı keçirilmiş, məruzələr çap olunmuşdur.

Cənab Prezident!

Universitetimiz Bolqarıstanın elm və təhsil müəssisələri ilə də sıx əməkdaşlığa çalışır. Belə ki, Müqəddəs Kliment Oxridski adına Sofiya, Yepiskop Konstantin Preslavski adına Şumen universitetləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalamışıq. Tələbə və müəllimlərimiz imkan düşdükcə, həmin ali məktəblərdə ixtisaslarını artırır, yay məktəblərində olurlar. Sofiya Universiteti ilə Bakıda və Sofiyada tələbələrin idman yarışlarını keçirməyi planlaşdırırıq.

Cənab Prezident, Bolqarıstanın BSU ilə əlaqələrə xüsusi diqqət verməyə çalışan çox uzaqgörən müdafiə naziri vardır. Məhz cənab Svinarovun təşəbbüsü və dəvəti ilə bizim 3 əməkdaşımız Bolqarıstanda olmuş, müxtəlif universitetlərlə təmaslar qurmuşlar. Biz çox istərdik ki, bütün bu əlaqələr birdəfəlik olmasın, möhkəm dostluq ənənələrinə çevrilsin.

Arzular böyükdür və onların həyata keçirilməsinə yüksək səviyyədə köməyə ehtiyac duyulduğunu diqqətinizə çatdırmaq istərdim.

Bolqarıstanın bir sıra dövlət adamları, mədəniyyət və təhsil işçiləri, bolqar universitetlərinin nümayəndələri ilə sıx əməkdaşlığımız var. BSU-nun fəxri doktoru, Bolqarıstanın görkəmli dövlət və ictimai xadimi cənab Jelyu Jelev universitetimizdə 10 gün ərzində bolqar dili, mədəniyyəti, tarixi haqqında məruzələrlə çıxış etmişdir.

Sofiya Universitetinin rektoru, tanınmış yazıçı, professor Boyan Biolçev və prorektoru, professor Aleksandr Fedotov BSU-nun qonağı olmuş, tələbə və magistrantlarımız, müəllimlərimizlə maraqlı görüşlər keçirmişlər. Şumen Universitetinin əməkdaşı, doktor Elka Dobreva bir ay universitetimizdə çalışmışdır. Belə canlı təmasların bolqarşünas tələbələrin formalaşmasında böyük rolu vardır.

Deməyi özümə borc bilirəm ki, bizə bu əlaqələrin qurulmasında Bolqarıstanın Azərbaycandakı səfiri, artıq universitetimizin həqiqi dostuna çevrilmiş cənab İvan Palçev yaxından kömək edir. Sizin qarşınızda ona bir daha dərin təşəkkürümü bildirirəm.

İnanırıq ki, Sizinlə, dost və qardaş Bolqarıstan Respublikasının Prezidenti ilə bu görüş tələbə və müəllimlərimizi yeni nailiyyətlərə ruhlandıracaq, BSU ilə Bolqarıstan universitetlərinin əlaqələrinin inkişafına təkan verəcək, xalqlarımız arasında, ümumiyyətlə, regionumuzda qarşılıqlı anlaşma və əməkdaşlıq proseslərinə müsbət təsir göstərəcəkdir. Ona da inanırıq ki, cənab Prezident, Siz nüfuzlu dünya liderlərindən biri kimi, Azərbaycanın haqq səsinə dəstək verəcəksiniz, bizim ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli və qərəzsiz mövqe tutacaqsınız.

Cənab Prezident, əminəm ki, bu gün Sizin BSU-da açdığınız bolqar mədəniyyəti mərkəzi ölkələrimiz və xalqlarımız arasında yeni, möhkəm mənəvi körpü olacaqdır.

İcazə verin, universitetimizə gəlişiniz, professor-müəllim və tələbə kollektivi ilə bu görüşünüz üçün Sizə bir daha təşəkkürümü bildirim, Bakı Slavyan Universitetinin Fəxri doktoru olmağınız münasibətilə Sizi bir daha təbrik edim və fəxri doktor diplomunu və mantiyanı Sizə təqdim edim.

X X X

BSU-nun rektoru professor Kamal Abdullayev Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanova universitetin fəxri doktoru diplomunu və mantiyanı təqdim etdi. Qonağa Azərbaycan xalçası da hədiyyə olundu.

X X X

Bolqarıstan Respublikasının Prezidenti mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb