İQTİSADİYYAT
Bakıda "2-ci Beynəlxalq İnnovasiya Menecmenti və TRIZ" konfransı keçirilir













Bakı, 7 dekabr, AZƏRTAC
Milli Aviasiya Akademiyasında "2-ci Beynəlxalq İnnovasiya Menecmenti və TRIZ" konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Konfransda çıxış edən İnnovasiya Menecmenti və TRIZ İnstitutunun İdarə Heyətinin sədri Ali Kutvan bildirib ki, ilk dəfə TRIZ konfransı Bakıda 2019-cu ildə keçirilib.
“Biz dünyanın ən qabaqcıl iri şirkətlərinin istifadə etdiyi TRIZ nəzəriyyəsini həyata keçiririk. Təəssüf ki, bu nəzəriyyəni rus nəzəriyyəsi kimi təqdim ediblər. Əslində, bu nəzəriyyənin banisi azərbaycanlı alimdir. Koreya bu nəzəriyyədən çox istifadə edir. TRIZ Universiteti 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin çox böyük köməyi ilə təsis edilib. Fəqət sovetlər dönəmi zamanı bu institutun fəaliyyəti dayandırılır. Türkiyənin Qazi Universiteti ilə Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi bu nəzəriyyənin məhz Azərbaycana aid olduğunun sübutudur", - deyə Ali Kutvan bildirib.