Bakıda ərəb musiqi mədəniyyəti günü keçirilib
Bakı, 1 aprel, AZƏRTAC
Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində ərəb musiqi mədəniyyəti günü keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Misirin ölkəmizdəki səfiri Adel İbrahim çıxış edərək deyib: “Musiqi mədəniyyətin böyük bir sahəsidir. Musiqi insanın, onun şəxsiyyətinin və fikrinin formalaşmasında böyük rol oynayır. Ərəb Dövlətləri Liqası və Misir Mədəniyyət və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə ilk dəfə həyata keçirilən bu tədbir mədəniyyət sahəsinin inkişafı, ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi, Misir və ərəb musiqisinin daha yaxından tanınması üçün atılmış bir addımdır.”
Sonra Azərbaycanın Əməkdar artisti, kamança ustası Fəridə Məlikovanın və Xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblının ifasında bir sıra ərəb musiqiləri səslənib.
Tədbirdə BƏƏ, Səudiyyə Ərəbistanı, Fələstin, Mərakeş, Liviya, İraq, Əlcəzair Moldova, Belçika, Peru, Çili, Xorvatiya, Tacikistan dövlətlərinin səfirləri, digər diplomatik nümayəndəliklərindən qonaqlar iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]