Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda I Beynəlxalq süd vəzi xərçəngi konqresi keçirilir

Bakı, 21 oktyabr, AZƏRTAC

Bu gün Bakıda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Süd Vəzi Xəstəlikləri Assosiasiyasının (ASVXA) təşkilatçılığı ilə I Beynəlxalq süd vəzi xərçəngi konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli konqresin əhəmiyyətindən söz açaraq süd vəzi xərçənginin çox ciddi ictimai problem olduğunu bildirib. Onun sözlərinə görə, dünya ölkələri üzrə statistika da bunu təsdiqləyir: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il bir milyondan çox yeni xəstəyə süd vəzi xərçəngi diaqnozu qoyulur. Bu patologiya xəstəlikdən ölüm hallarının təxminən 50 faizini təşkil edir. Son 20 ildə diaqnostika və müalicəsində əldə edilən inkişafa baxmayaraq, süd vəzi xərçəngi və ağırlaşmalarından vəfat edən xəstə sayı hələ də az deyil”.

Xəstəliklə bağlı cəmiyyətdə kifayət qədər bilgi olmadığını vurğulayan rektor G.Gəraybəyli qeyd edib ki, ATU-da və klinikalarında süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə işlərinə xüsusi diqqət verilir. Hər il bu ali təhsil ocağında süd vəzi xərçəngi ilə bağlı müxtəlif aksiyalar, konfrans və seminarlar, kütləvi tədbirlər keçirilir. Xüsusilə oktyabr ayında ATU-nun professor-müəllim heyəti, klinikaların həkimləri kütləvi informasiya vasitələrində, televiziya və radio kanallarda çıxış edərək maarifləndirmə aksiyasında aktiv iştirak edirlər. Sonda ATU-nun rektoru konqresin işinə uğurlar arzulayıb və bu tədbirin universitetlər arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcəyindən əminliyini bildirib.

Səhiyyə nazirinin müavini professor İlqar Qasımov zəngin proqramı olan beynəlxalq konqresin aktual problemə həsr olunduğunu qeyd edib. Dünyada hər 8 qadından birinin bu xəstəliklə üzləşdiyini bildirən professor İ.Qasımov ölkəmizdə onkoloji xəstəliklərin diaqnostikası, müayinə və müalicəsi üzrə aparılan işlər haqqında danışıb. İ.Qasımov bu xəstəliyin müalicəsində erkən diaqnostikanın çox önəmli olduğunu vurğulayaraq bu baxımdan maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

ATU-nun Onkologiya kafedrasının müdiri, universitetin Onkoloji Klinikasının direktoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bu konqresi bütövlükdə Azərbaycan səhiyyə ictimaiyyəti üçün son dərəcə önəmli bir hadisə kimi qiymətləndirib. Qeyd edib ki, dünya üzrə onkoloqların səylərinə baxmayaraq, süd vəzi xərçənginə yoluxma və ölüm göstəriciləri ilbəil artır: “Ölüm göstəriciləri mütəxəssisləri qane etmir. Lakin bir məqamı qeyd etmək istərdim ki, ötən əsrin sonlarına nisbətdə indi ölüm göstəricilərini stabilləşdirmək və 35-40 faizə qədər azaltmaq mümkün olub. Bu da göstərilən sahədə olan ciddi innovativ işlərin, elmi tədqiqatların nəticəsidir”.

Beynəlxalq Süd Vəzi Xərçəngi Xəstəlikləri Çalışma Qrupu (Breats Health Working Group International - BHWGI) sədri professor Atilla Soran belə toplantıların tibb elminin inkişaf potensialını və ölkələrin xüsusiyyətlərini nəzərə almaqla gələcək üçün ən optimal və uyğun həllər tapmaq, ölkələrdə elmi tədqiqatların genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, konqresdə dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar aktual məsələləri müzakirə edərək onkoloji xidmətin təkmilləşdirilməsi, tibbi qayğının keyfiyyətinin yaxşılaşdırılmasına yönələn əməkdaşlıq layihələrinin başlanğıcını qoyacaqlar.

ATU-nun Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva konqresin əsas məqsədinin müasir sivilizasiyanın ən qorxunc xəstəliklərindən biri olan xərçəng haqqında məlumatlılığın artırılması, diqqəti bu xəstəliyin qarşısının alınması, aşkar edilməsi və müalicəsinə yönəltməkdən ibarət olduğunu bildirib. Həmçinin ölkələr arasında əməkdaşlığı gücləndirmək, onkoloji yardımda ən müasir diaqnostik və terapevtik prosedurların tətbiqini təşviq etməyin də əsas məqsədlər sırasında olduğunu bildirib.

Qeyd edək ki, Beynəlxalq Süd Vəzi Xərçəngi Xəstəlikləri Çalışma Qrupu (BHWGI) ilə birgə keçirilən I Beynəlxalq süd vəzi xərçəngi konqresindən 200-ə yaxın mütəxəssis iştirak edir. Konqres iki gün davam edəcək. Tədbir çərçivəsində Azərbaycan Süd Vəzi Xəstəlikləri Assosiasiyasının geniş toplantısının keçiriləcəyi, yeni elmi araşdırmalara təkan verəcək elmi jurnalın təsis olunması planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

Mərkəzi Bank “PashaPay”a elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün lisenziya verib

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Baş Prokurorluq: Yasamal rayonunda söküntü işlərinin aparılması ilə bağlı araşdırma aparılır

Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib

Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb

Prezident İlham Əliyev ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib

Paytaxtın Səbail rayonunda 2 küçənin təmiri yekunlaşıb VİDEO

Aİ Çin elektromobillərinə əlavə idxal rüsumları tətbiq edib

Beynəlxalq konfransda Azərbaycanda meşə ilə örtülü ərazilərin artırılması istiqamətində görülən işlərlə bağlı məlumat verilib

Naxçıvanlı papaqçı: İnsanların 20 il əvvəlki zövqü ilə bugünkü arasında yerlə göy qədər fərq var

Leyboristlər Partiyasının lideri parlament seçkilərində səs verib VİDEO

NBA-da oynamış basketbolçu “Sabah”a keçib

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gənc cüdoçular məlum olub