Bakıda keçiriləcək dünya çempionatında İspaniyanı səkkiz cüdoçu təmsil edəcək
Bakı, 10 iyul, AZƏRTAC
İspaniya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bakı mundialında 8 ispaniyalı cüdoçu tatami üzərinə çıxacaq.
Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Fransisko Qarriqos (60 kq), Alberto Qaitero Martin (66 kq), Nikoloz Şerazadişvili (90 kq) və Anqel Parra (100 kq-dan yuxarı) şans verəcək.
Qadınların mübarizəsində isə Julia Fiquera (48 kq), Ana Perez Boks (52 kq), İzabel Puç (63 kq) və Maria Bernabeu (70 kq) birincilik uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.