MƏDƏNİYYƏT
Bakıda Koreya yemək festivalı təşkil edilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Bakıda Koreya yemək festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda 200-ə yaxın qonaq iştirak edib.
Tədbirdə Koreyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən 2023 və 2024-cü il K-pop festivalının qaliblərinin çıxışları dinlənilib.
Budəfəki festivalında bulqoqi, dokbokki, dakqalbi, cabçe, kimbab, kimçi, sunconqva kimi müxtəlif Koreya mətbəxi nümunələri hazırlanaraq qonaqlara təqdim olunub. Eyni zamanda tədbir iştirakçılarına Koreya məzələri, çay, dəniz yosunu və bu ölkənin ərzaq məhsulları tanıdılıb.
Səfir Li İn Yonq çıxışında Koreya mətbəxinin həm dadı, həm də qidası ilə hər kəsin zövqünü oxşadığını və bu festival vasitəsilə Koreyanın dadını Azərbaycanda təbliğ etmək fürsəti əldə etdiyinə görə şad olduğunu bildirib.
Tədbir Koreya restoranının çox az olduğu Azərbaycanda insanların Koreya yeməkləri və qida məhsulları ilə tanış ola bildiyi gözəl bir fürsətə çevrilib.
Gələcəkdə də Koreya Respublikasının Azərbaycandakı səfirliyi belə tədbirlər vasitəsilə azərbaycanlılara Koreya yeməklərini dadmaq imkanları yaratmağa davam edəcək.