Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Bakı, 14 may, AZƏRTAC
Mayın 16-17-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.
Yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar.
Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.
Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi, soyuducu, sellofan paket digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [15:00]
Ölkə miqyasında həyata keçirilən WUF13 Festivalı başa çatıb
- 14.05.2026 [14:54]
Taxıl yığımı ilə bağlı yanğın təhlükəsizliyinə dair maarifləndirmə aparılır
- 14.05.2026 [14:30]
Dövlət Komitəsinin sədri Xızıda vətəndaşların müraciətlərini dinləyib
- 14.05.2026 [13:36]
Su içində həyat... - Venesiyadan FOTOREPORTAJ
- 14.05.2026 [13:16]
“Ailə dəyərləri” - İlahiyyat İnstitutunda açıq dərs VİDEO
- 14.05.2026 [13:06]
Patriarx Varfolomey: Azərbaycandakı dini tolerantlığı təqdir edirik
- 14.05.2026 [12:26]