Bakıda şirniyyat sexində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, obyektə baxış zamanı sexdə işləyən və tibbi maskadan istifadə etmədikləri müəyyən olunan 18 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunub. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.
Sexi icarə əsasında işlədən Rəfail Əliyevin yol verdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.