BALAKƏN TİCARƏT MƏRKƏZİ 450 NƏFƏRİ DAİMİ İŞ YERİ İLƏ TƏMİN EDƏCƏKDİR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sentyabrın 19-da Prezident İlham Əliyev Balakən ticarət mərkəzinin açılışında da iştirak etmişdir.
Şəhər avtovağzalının yaxınlığında inşa edilmiş ticarət mərkəzi 1,82 hektar sahədə yerləşir. 2006-cı ilin noyabrında başlanmış, tikinti işlərinə 1,2 milyon manat vəsait xərclənmişdir.
Ticarət mərkəzi bazar kompleksi, ümumi sahəsi 4800 kvadratmetr olan 250 mağaza və iaşə obyektlərindən ibarətdir. Həyətində hovuz da tikilmişdir.
Ticarət mərkəzində 450 nəfər daimi iş yeri ilə təmin ediləcəkdir.
Prezident İlham Əliyev mərkəzi gəzdi, yaradılan şəraiti yüksək qiymətləndirdi.
İnsanların işlə təmin olunmasının zəruriliyini vurğulayan dövlətimizin başçısı bu cür obyektlərin əhalinin həyat şəraitinin yaxşılaşmasına, rahatlığına kömək etdiyini bildirdi.