İDMAN
Balakəndə basketbol üzrə respublika birinciliyinin final yarışları başlandı
Balakən, 25 iyul (AZƏRTAC). İyulun 25-də Balakən Olimpiya İdman Kompleksində idman məktəblərinin VII Respublika Oyunlarının proqramına daxil olan 2000-2001-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında basketbol üzrə respublika birinciliyinin final mərhələsinin yarışları başlandı.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışlarda 8 komanda - Bakının Səbail və Xətai rayonlarının, 2 nömrəli uşaq-gənclər idman məktəbinin, Gəncə, Mingəçevir, Şəki şəhərlərinin, Göygöl və Cəlilabad rayonlarının komandaları birincilik uğrunda mübarizə aparırlar.
Yarışlara iyulun 27-də yekun vurulacaq.
Birinciliyin qalibləri mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:57]
“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]