BALAKƏNLİ RƏSSAM ELNUR RƏSULOVUN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
Balakən Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, balakənli rəssam Elnur Rəsulovun “Çiçəklənən azad Azərbaycanım!” adlı fərdi sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Rəssamlar İttifaqının katibi Ənvər Qarayev və sənətşünas Ziyadxan Əliyev rəssamın yaradıcılığı barədə məlumat vermiş, ucqar rayonlarda açılan bu cür sərgilərin əhəmiyyətini vurğulamışlar.
Sərginin açılışının xoş bir günə təsadüf etdiyini bildirən rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova düz iki il əvvəl, 2006-cı il aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Balakənə tarixi səfərini bir daha xatırlatmış, dövlət başçısının səfərindən sonra rayonda bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də sıçrayışın müşahidə olunduğunu demişdir.
Sonra sərgiyə baxış olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş bu sərgidə balakənli rəssamın 150-ə yaxın əsəri nümayiş etdirilir.
Sərgi bir həftə davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]
Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür
- 05.06.2026 [10:53]