“BANK RESPUBLİKA” PLASTİK KART SAHİBLƏRİ ÜÇÜN GÜZƏŞT PROQRAMINI GENİŞLƏNDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Bank Respublika”nın MasterCard Gold/Platinum və VISA Gold/Platinum plastik kart sahibləri bankın güzəşt proqramına yeni qoşulmuş SHAH və Korloff zinət əşyaları mağazalarında 15 faiz məbləğində güzəşt əldə edəcəklər.
Proqram üzrə mal və xidmətlərə görə güzəşt əldə etmək üçün kartı satış-xidmət müəssisəsində göstərmək lazımdır.
“Bank Respublika” müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan təklif edir. Kartlar üzrə iş yerindən arayış əsasında girovsuz, zaminsiz 5000 AZN / USD / EUR məbləğində 45 günədək faizsiz kredit xətti almaq imkanı mövcuddur. Həmçinin kartlar üzrə MobilBank, Home-Banking, Card-to-Card və digər xidmətlər də göstərilir.
“Bank Respublika” plastik kart müştəriləri arasında 2 uduş kampaniyası keçirir. Birinci kampaniyanın mükafatları 3 qalibin hər birinə futbol üzrə Avropa Çempionatına iki nəfərlik səyahət imkanıdır. İkinci kampaniyanın mükafatları isə 7 gün davam edəcək 2 nəfərlik Malta səyahəti, 1 noutbuk və 10 ədəd iPod Touch audio-video pleyerdir.