BANKƏ QƏSƏBƏSİNDƏ YENİ MELİORASİYA LAYİHƏSİ HƏYATA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Neftçala rayonunun Bankə qəsəbəsində yeni meliorasiya layihəsi həyata keçirilmişdir.
Podratçı təşkilat olan “Neftçalakəndtikinti” Açıq Səhmdar Cəmiyyəti dövlət sifarişini uğurla yerinə yetirmişdir.
Smeta dəyəri 17 min 730 manat olan layihənin icrası nəticəsində ərazidə açıq drenlər çəkilmiş, bir sıra hidrotexniki vasitələr quraşdırılmış, şor suların kənara axıdılması imkanları artırılmışdır.
Qeyd edək ki, Kür çayının aşağı axarında ilbəil müşahidə olunan daşqınlar digər sahilyanı yaşayış məntəqələri kimi Bankə qəsəbəsində də, qrunt sularını böyük kütlə halında üzə çıxarmaqla, torpaqları şoranlaşdırır, vətəndaşlara ciddi ziyan vururdu. Sakinlər ölkə rəhbərliyinin problemin həllinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]