Banqladeşdə parlament seçkisi baş tutub
Pekin, 12 fevral, AZƏRTAC
Banqladeşdə sabiq Baş nazir Şeyx Hasinanın tələbələrin öncüllüyündəki xalq etirazları ilə hakimiyyətdən uzaqlaşdırılmasından sonra keçirilən ilk parlament seçkisində seçici fəallığı 55-60 faiz təşkil edib.
AZƏRTAC Banqladeş mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Seçki Komissiyasının rəsmiləri açıqlama verib. Saat 14:00-da seçici fəallığı 48 faiz olub. Yerli vaxtla səhər 7:30-da başlayan səsvermə 16:30-da başa çatıb. Hazırda səslər sayılır. Yaxın saatlarda səsvermənin ilin nəticələri açıqlanacaq.
Səsvermə prosesi ümumən dinc şəraitdə keçib. Qopalqanq şəhərində seçki məntəqəsində kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində 3 nəfər yaralanıb.
Qeyd edək ki, parlament seçkisi ilə yanaşı, konstitusiya islahatları ilə bağlı referendumda da keçirilib. Ölkə üzrə 127,6 milyondan çox qeydiyyatdan keçmiş seçicinin səs verməsi üçün 42 min 761məntəqə fəaliyyət göstərib. Budəfəki seçkidə ilk dəfə olaraq xaricdə yaşayan 15 milyon vətəndaşın iradəsini bildirməsi üçün poçt səsverməsi sistemi tətbiq olunub.
Banqladeş Seçki Komissiyasının məlumatına görə 300 yerlik parlamentə birbaşa (majoritar) qaydada seçkidə 2028 namizəd mübarizə aparıb. Namizədlərin 4 faizi qadındır.
Parlamentdə üstünlüyü qazanaraq hökuməti qurmaq üçün siyasi partiyalara ən azı 151 yer qazanmaq lazımdır.
Seçkidə əsas mübarizə Banqladeş Milliyyətçi Partiyası və “Camaat-e-İslam” Partiyasının liderliyindəki siyasi bloklar arasında gedir. Seçki yarışında təxminən 50 partiya iştirak edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [18:09]
Brüsseldə Avropa Komissiyasının binalarında axtarış aparılıb
- 12.02.2026 [18:03]
Çin bir raketlə orbitə 7 peyk çıxarıb
- 12.02.2026 [18:01]
Çin XİN: Prezident Donald Trampın səfəri ilə bağlı danışıqlar aparılır
- 12.02.2026 [17:56]