SİYASƏT
Barselonada həlak olan və yaralananlar arasında indiyədək Azərbaycan vətəndaşının olması qeydə alınmayıb VİDEO
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə, Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb. Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Barselonada törədilmiş terror aktları ilə bağlı açıqlamasında bildirilir.
Açıqlamada deyilir: “Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcək”.