Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun
Bakı, 10 yanvar, AZƏRTAC
Dumanlı hava yolda məhdudiyyətli görünməyə səbəb olduğu üçün təhlükəsizlik baxımından əlverişsiz hesab edilir. Təəssüf ki, bir sıra hallarda sürücülərin bu xüsusda verilən tövsiyələrə əməl etməməsi sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, ötən gün saat 21 radələrində Neftçala rayon sakini Yaşar Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə su kanalı üzərindəki körpüdən keçmək istəyərkən havanın qaranlıq olması, eləcə də qatı duman səbəbindən yol şəraitini düzgün qiymətləndirə bilməyib və nəticədə avtomobil yoldan çıxaraq kanala aşıb. Köməksiz vəziyyətdə qalan 73 yaşlı Y.Kərimov hadisə yerində həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları dumanlı, çiskinli havalarda daha da diqqətli olmağa, ətraf mühiti yetərincə qavramağa imkan verən sürət həddi seçməyə, ötmə, manevretmə, dayanma, durma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının, şüşə silgəclərinin işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:50]
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
- 07.08.2026 [14:09]
Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil
- 07.08.2026 [13:50]
Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [11:29]
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [11:12]