Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş naziri virtual nağıl qəhrəmanlarına oxşayan feyk xəbərlər diyarı

Bakı, 14 oktyabr, AZƏRTAC

Hələ XIX əsrin əvvəlində alman filosofu Hegel yazırdı: “Tarix iki dəfə təkrarlanır - əvvəlcə faciə şəklində, sonra məzhəkə formasında”. Bu sözlər hələ də öz aktuallığını itirməyib.

XVII əsrin sonu - XVIII əsrin əvvəllərində bəzi imperiya paytaxtlarının dəftərxanalarında hay (erməni) xalqı üçün bu xalqın tarixi uyduruldu. İmperiyaların məqsədi, ilk növbədə, Osmanlı imperiyasını dağıtmaqdan ibarət idi. Bu prosesdə ermənilər xüsusi rol oynamalı, indi çox dəbdə olan təbirlə desək, Türk dövlətinin daxilində “beşinci kolon”a çevrilməli idi.

İmperialistlər erməni millətçilərini, xüsusən erməni kilsəsinin xadimlərini saxta tarixə “əsaslanan” fəaliyyət planı ilə təchiz edərək, parçalanması nəzərdə tutulan Osmanlı imperiyasının ərazisində Ermənistanın gələcək xəritəsini hazırladılar.

Ermənilərin tarixinə nəzər salsaq IV-XVII əsrləri əhatə edən böyük bir dövrdə boşluq görünür. Həmin dövrdə hər hansı məşhur şəxsiyyətlərin adları belə çəkilmir, ermənilərlə bağlı hər hansı dövlət qurumuna istinad edilmir.

Ermənilər Osmanlı imperiyasının bünövrəsini laxlatmaq üçün fəaliyyətə başladılar. XIX əsrin əvvəlində baş vermiş hadisələr bu fəaliyyətin kulminasiya nöqtəsi oldu. O vaxt ermənilər indiki Türkiyə ərazisində öz dövlətlərini qurmağa ümid edirdilər. Lakin ermənilər üçün plan tərtib edənlər onlara xəbərdarlıq etməmişdilər ki, necə deyərlər, suda boğulanların xilas edilməsi onların öz işidir. Türklər Cümhuriyyət yaratmağa başlayanda, əlbəttə, ermənilər öz əməllərinə görə cavab verməli idilər. Bütün bunların nə ilə başa çatdığını bilirik. Öz “xidmətləri” müqabilində ağalarından heç nə ala bilməyən ermənilər başqa torpaqlara köçdülər və orada bəxtlərini sınamağa başladılar. Onlar əsasən, Azərbaycan, Gürcüstan torpaqlarına və Rusiyanın Qara dəniz sahillərinə köçdülər.

Böyük dövlətlər arasında kompromis əsasında Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaradan ermənilər bir müddətdən sonra “dənizdən-dənizə Ermənistan” yaratmaq barədə sərsəm ideyalar irəli sürməyə başladılar.

SSRİ dönəmində yaşadıqları dövlətin gücünü bilən ermənilər özlərinin bu planları barədə açıq danışmırdılar, Sovet İttifaqı dağılandan sonra isə onlar bu niyyətlərini sürətlə yaymağa başladılar.

1990-cı illərin əvvəlində bəzi dövlətlərin köməyi ilə Qarabağ ərazisindəki Azərbaycan torpaqlarını işğal etmiş ermənilər belə düşünməyə başladılar ki, “dənizdən-dənizə Ermənistan” yaratmaq ideyası gerçəkləşməyə yaxındır.

30 il ərzində danışıqlar aparıldı, lakin ədalətli nəticə alınmadı. Bu illər ərzində Azərbaycan ermənilərə çox təkliflər etdi: ölkəmizin tərkibində geniş muxtariyyət də, başlıca rolu Azərbaycanın oynadığı qlobal iqtisadi layihələrin əksəriyyətində Ermənistanın özünün də iştirak etməsini. Lakin bu 30 il ərzində heç bir irəliləyiş olmadı.

Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışlarında tez-tez və birmənalı şəkildə qeyd etdiyi kimi, “Azərbaycan öz torpağında ikinci erməni dövləti yaradılmasına imkan verməyəcək”. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların mövzusu olmayıb və olmayacaq. Dövlətimizin başçısı bunu da qəti şəkildə bəyan edib.

Biz bu 30 il ərzində, necə deyərlər, canımızı dişimizə sıxaraq ermənilərin bütün provokasiyalarına dözdük - işğal edilmiş ərazilərdə əcdadlarımızın məzarları üstündə rəqs edilməsinə də, qondarma “DQR” prezidentlərinin müxtəlif inauqurasiya mərasimlərinə də, Qarabağda müxtəlif “beynəlxalq” idman tədbirləri, konqreslər keçirilməsinə də. “Turistlər” müxtəlif cəlbedici şüarlarla işğal edilmiş ərazilərə çağırılır, sonra onların “selfi”ləri bütün sosial şəbəkələrdə yayılırdı. Biz bütün bunları görür və yenə canımızı dişimizə sıxaraq, Ali Baş Komandan İlham Əliyevin əsas əmrini gözləyirdik: “İrəli, rəşadətli Azərbaycan döyüşçüləri!”

Oktyabrın 4-də ordumuzun növbəti qələbəsindən sonra Prezident İlham Əliyevin xalqa müraciətinə bütün Azərbaycan böyük həyəcanla baxırdı. Ali Baş Komandanın çıxışından aşkar görünürdü ki, o da ali dövləti vəzifəsində öz əsas əmrini vermək üçün bu 30 il ərzində yumruğunu sıxaraq bu məqamı gözləyib. Bütün bu illər ərzində düşmənlərimizin bizim torpaqlarda törətdiyi vəhşi əməllərini görməyin və bu barədə eşitməyin dövlət başçısı üçün nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil.

MDB ölkələrindən olan tanışlarımızın çoxu etiraf edirlər ki, Azərbaycanın dövlət başçısının Rusiya telekanallarının birbaşa efirində müsahibələrinə baxanda onlar İlham Əliyevin sərrast, peşəkar cavablarına, onun rus dilini mükəmməl bilməsinə, diplomatik təcrübəsinə heyran olurlar.

Son 150 ildə bizim düşmənimizin əsas vəzifələrindən biri minilliklər boyu Azərbaycan ərazisində dostluq və həmrəylik şəraitində yaşayan xalqlar arasında nifaq yaratmaq idi.

Feyk xəbərlər diyarı olan Ermənistanın və qondarma “DQR”in bütün təbliğatçıları və siyasətçiləri bu gün də sosial şəbəkələr vasitəsilə Azərbaycanın müxtəlif millətlərə mənsub vətəndaşlarına müraciət edir, onları nə az, nə çox - öz Vətəninə qarşı çıxış etməyə, xəyanətə çağırırlar. Özü də bütün bunları Ermənistandan və Qarabağdan təkcə azərbaycanlıları deyil, həm də orada yaşamış çox xalqların nümayəndələrini qovanlar deyirlər.

Biz azərbaycanlılar yaxşı bilirik ki, ermənilərin çoxu bizim saytlara baxır, hərbi komissarlıqların ərazisindən çəkilmiş videomaterialları və fotokadrları görürlər, onlar görürlər ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri öz qəlblərinin səsi ilə fərəhlə Azərbaycan ordusuna yazılır və doğma torpaqlarımızın azad edilməsi uğrunda döyüşə can atırlar.

Azərbaycanda yaşayan xalqların dostluğu, qardaşlığı məsələsinə gəldikdə, tarixdən çoxlu nümunələr göstərmək olar: müxtəlif millətlərə mənsub adamlar bizim ortaq Vətənimizin bütövlüyü uğrunda vuruşub, hətta canlarından keçiblər. Bu barədə aylarla, illərlə yazmaq olar. Biz isə yaxın günlərdə baş vermiş bircə faktı nümunə göstərəcəyik.

2020-ci il oktyabrın 1-də Ağdamın “Qarabağ” futbol klubu Polşada “Legiya” komandasını “darmadağın edərək” Avropa Liqasının qrup mərhələsinə çıxıb!

Biz bu klubun nümayəndələrindən oyunçuların siyahısını bizə təqdim etmələrini xahiş etdik və dönə-dönə üzr istədik ki, ilk dəfə olaraq “Qarabağ” futbolçularını milli mənsubiyyətə görə “fərqləndirəcəyik”.

Elvar Quliyev - klubun tərcüməçisi, talış

Şahruddin Məhəmmədəliyev - qapıçı, ləzgi

Bədəvi Hüseynov - müdafiəçi, ləzgi

Mahir Əmrəli - avarların kompakt yaşadığı Zaqatalanın nümayəndəsi

Maksim Medvedev - komandanın kapitanı, müdafiəçi, rus

Qara Qarayev - yarımmüdafiəçi, azərbaycanlı (yeri gəlmişkən, Azərbaycan ordusu bu günlərdə onun doğma kəndini işğaldan azad edib)

Müşfiq Hüseynov - məşqçi, hazırda işğal altında olan Ağdam şəhərindən.

“Qarabağ” komandasında başqa dövlətlərin - Afrika, Cənubi Amerika, Avropa ölkələrinin nümayəndələri də çıxış edir, onlar hamısı bir ailə kimi səmimidirlər.

Doğrudan da tarix iki dəfə təkrarlanır - əvvəlcə faciə şəklində, sonra məzhəkə formasında. XIX əsrin əvvəlində Anadoluda ermənilərin özlərinin məkrli niyyətləri səbəbindən başlarına gəlmiş faciə bu gün Azərbaycanda döyüş meydanında başqa formada təkrarlanır.

Ziyadxan Həsənov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam