Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Prezidentin enerji strategiyası Azərbaycanın qlobal güc transformasiyasını təmin edir

Mütəxəssis: Prezidentin enerji strategiyası Azərbaycanın qlobal güc transformasiyasını təmin edir

Bakı, 3 iyun, AZƏRTAC

Beynəlxalq münasibətlərin analitik təhlilində neoklassik realizm nəzəriyyəsi dövlətlərin xarici siyasət xəttini yalnız beynəlxalq sistemin struktur təzyiqləri ilə deyil, həm də ölkədaxili imkanların, liderlik keyfiyyətinin və maddi resursların milli güc elementlərinə çevrilməsi qabiliyyəti ilə izah edir. Bu kontekstdə, Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndəki konseptual və strateji xarakterli çıxışı Azərbaycanın son otuz ildə keçdiyi dinamik inkişaf yolunu və enerji resurslarından milli maraqların mütləq təmini üçün necə bir xarici siyasət alətinə çevrildiyini anlamaq baxımından fundamental bir material təqdim edir. Otuz il ərzində regional bir sərgi formatından qlobal miqyaslı siyasi-iqtisadi platformaya çevrilən və ABŞ, Türkiyə, Böyük Britaniya kimi dünya güclərinin rəhbərlərinin xüsusi məktubları ilə dəstəklənən bu tədbir Bakının qlobal enerji arxitekturasındakı mərkəzi mövqeyini bir daha təsdiqləyir. Lakin Azərbaycanın bu mövqeyə yüksəlməsi təsadüfi və ya yalnız təbii resurs amili ilə izah oluna bilməz, bunun arxasında mürəkkəb geosiyasi şəraitdə formalaşmış uzunmüddətli dövlət strategiyası dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq əlaqələr üzrə mütəxəssis Bayram Əliyev deyib.

Onun sözlərinə görə, neoklassik realizm nöqteyi-nəzərdən müasir Azərbaycanın əldə etdiyi status 1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi daxili və xarici sistem böhranlarının düzgün idarə edilməsinin birbaşa nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və 1994-cü ildən reallaşdırılmasına başlanan enerji strategiyası dövlətin asimetrik təhdidlər qarşısında suverenliyini qorumaq və güclənmək strategiyası idi. Otuz il əvvəlki Azərbaycan sub-regional təzyiqlərə qarşı olduqca həssas, ərazisinin iyirmi faizi işğal altında qalan, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu ilə humanitar fəlakətin astanasında dayanan, yoxsulluq səviyyəsi əlli faizdən yuxarı olan və ən acınacaqlısı, daxili tələbatını ödəmək üçün elektrik və qaz idxal edən zəif bir aktor idi. Sistemin bu dərəcədə ağır təzyiqləri altında olan dövlət üçün daxili potensialı maksimallaşdırmaq fəaliyyət trayektoriyası yeganə rasional çıxış yolu idi.

Məhz həmin mərhələdə qəbul edilən strateji qərarlar sonrakı onilliklərdə Azərbaycanın güc transformasiyasının iqtisadi əsaslarını formalaşdırdı. Uğurlu enerji siyasətinin daxili mühitdə səmərəli tətbiqi Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, dövlətin daxili strukturunu kökündən dəyişdirdi. Karbohidrogen layihələrindən əldə edilən böyük maliyyə vəsaitləri populist hədəflərə deyil, neoklassik realizmin daxili güc dəyişənləri adlandırdığı sahələrə - sosial infrastruktura, səhiyyəyə, təhsilə və ən əsası ordu quruculuğuna yönəldildi. Nəticədə, müasir Azərbaycan makroiqtisadi sabitliyin və maliyyə suverenliyinin nadir nümunəsini yaratdı. Bu gün ölkədə yoxsulluq səviyyəsi təxminən beş faizə düşüb, işsizlik minimal səviyyəyə enib, xarici borc isə ümumi daxili məhsulun cəmi altı faizini təşkil edir. Strateji valyuta ehtiyatlarının xarici borcu on səkkiz dəfə üstələməsi dövlətin xarici şoklara qarşı dözümlülüyünü və iqtisadi manevr imkanlarını maksimuma çatdırır.

Bərpaolunan enerji yatırımları Azərbaycanın gələcək enerji strategiyasının əsas hissəsidir

“İqtisadi gücün institusional və hərbi potensiala çevrilməsi isə Azərbaycanın beynəlxalq sistemdəki davranış modelini də əsaslı şəkildə dəyişdirdi. Bu iqtisadi dözümlülük və güc transformasiyası Azərbaycanı otuz il əvvəl daxili sabitliyi təmin etmək üçün birtərəfli qaydada xarici investorlar cəlb edən dövlətdən qlobal bazarlarda aktiv şəkildə çıxış edən investor ölkəyə çevirdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) hazırda Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada irimiqyaslı layihələrə investisiya qoyması, Bakının coğrafi sərhədlərindən kənarda da strateji təsir imkanlarına malik olduğunu nümayiş etdirir. Neoklassik realizmin fundamental prinsiplərinə uyğun olaraq, daxildə qurulan güclü iqtisadi bazis və müasir ordu modeli 44 günlük Vətən müharibəsində tarixi bir geosiyasi nəticəyə rəvac verdi, beləliklə Azərbaycan öz hərbi-siyasi gücü ilə mütləq Qələbə qazanaraq torpaqlarını işğaldan azad etdi. Bu yol, eyni növ regional problemlərdən, daxili etnik münaqişələrdən və ərazi itkisindən əziyyət çəkən digər inkişaf etməkdə olan dövlətlər üçün bir örnək xarakteri daşıyır və təbii sərvətlərdən praqmatik istifadə edildikdə onların necə böyük strateji üstünlüklərə yol aça biləcəyini sübut edir.

Bununla belə, müasir beynəlxalq münasibətlərdə davamlı güc yalnız hərbi və iqtisadi imkanlarla deyil, həm də dəyişən qlobal trendlərə uyğunlaşmaq bacarığı ilə müəyyən olunur. Prezident İlham Əliyevin çıxışında beynəlxalq arenada neft-qaz sənayesinə qarşı uzun illər boyu aparılan əsassız qarayaxma və damğalama kampaniyalarına qarşı ortaya qoyduğu kəskin və praqmatik mövqe də neoklassik realizmin rasional dövlət davranışı prinsipləri ilə tam şəkildə üst-üstə düşür. Dünya iqtisadiyyatının və qlobal sənayenin faydalı qazıntılar olmadan mövcud ola bilməyəcəyi reallığı ideoloji populizmdən uzaq, tamamilə praqmatik bir yanaşma tələb edir. Azərbaycan bu müstəvidə milli maraqlara söykənən balanslı bir strategiya həyata keçirir: bir tərəfdən ənənəvi enerji təhlükəsizliyini təmin edir, digər tərəfdən isə gələcəyin yaşıl enerji sistemlərinə sürətli keçid üçün böyük sərmayələr yatırır”, - deyə mütəxəssis əlavə edib.

O bildirib ki, bu strategiyanın praktiki nəticələri həm enerji təhlükəsizliyi, həm də uzunmüddətli geoiqtisadi planlaşdırma müstəvisində özünü aydın şəkildə göstərir. Ölkənin karbohidrogen potensialı "Azəri-Çıraq-Dərinsulu Günəşli" kimi yeni irimiqyaslı layihələr sayəsində əlavə qaz hasilatını təmin edəcək qədər güclüdür. Mövcud daxili qaz ehtiyatları ən azı növbəti yüz il ərzində həm Azərbaycanın daxili ehtiyaclarını, həm də beynəlxalq tərəfdaşların artan tələbatını tam şəkildə ödəməyə kifayət edir. Lakin bu zənginliyə baxmayaraq, dövlətin bərpaolunan enerji mənbələrinə intensiv şəkildə sərmayə qoyması gələcək beynəlxalq sistemdə güc balansının dəyişmə trendlərini öncədən görməyin məhsuludur. Növbəti ilin sonunadək ölkənin günəş və külək enerjisi üzrə ümumi istehsal gücünün iki giqavata, 2032-ci ilin sonunadək isə bu göstəricinin strateji olaraq səkkiz giqavata çatdırılması hədəfi, daxili qaz istehlakını bərpaolunan mənbələrlə əvəz edərək xarici bazarlara daha böyük həcmdə mavi yanacaq çıxarmaq xəttinə xidmət edir.

Enerji resursları Azərbaycanın regional və qlobal mövqeyini gücləndirir

“Enerji potensialının səmərəli idarə olunması öz növbəsində Azərbaycanın diplomatik və nəqliyyat strategiyalarının da əsas dayaqlarından birinə çevrilib. Bu resurs konversiyası Azərbaycanın xarici siyasətində uğurlu diplomatiya modelinin formalaşmasını labüd edib. Realist nəzəriyyədə coğrafiya dəyişməz bir amil və bəzən məhdudiyyət kimi qəbul olunsa da, neoklassik realizm rasional liderliyin çevik diplomatiya vasitəsilə coğrafi maneələri aşa biləcəyini göstərir. Dünya okeanlarına birbaşa çıxışı olmayan Azərbaycan öz enerji resurslarını ixrac etmək üçün həm qonşuları, həm də bütövlükdə region dövlətləri ilə balanslı, qarşılıqlı etimada söykənən tərəfdaşlıq şəbəkəsi qura bilib. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin uğurla istismara verilməsi nəticəsində Azərbaycan qazı hazırda on altı ölkəyə ixrac edilir və təchizat coğrafiyası mütəmadi olaraq şaxələnir. Eyni zamanda, bu coğrafi mövqe Xəzər dənizinin şərq sahillərində yerləşən Mərkəzi Asiya ölkələri üçün də Avropaya açılan ən təhlükəsiz və səmərəli tranzit imkanlarını təqdim edir.

Məhz bu geoiqtisadi üstünlüklər Azərbaycanın gələcək regional layihələrdə də aparıcı rolunu şərtləndirən əsas amillərdən biridir. Gələcək geoiqtisadi proqnozlar baxımından inşa ediləcək Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat magistralının yeni və strateji bir qolu kimi çıxış edir. Avqustun 8-də Ağ evdə imzalanmış sənədin əhəmiyyəti də məhz ondan ibarətdir ki, regionda reallaşdırılan irimiqyaslı kommunikasiya və logistika layihələri qlobal güc mərkəzləri tərəfindən də obyektiv bir zərurət kimi qəbul olunur. Bu vəziyyət, daxili resursların, güclü iqtisadiyyatın, modern hərbi potensialın və praqmatik dövlət rəhbərliyinin birgə sinerjisinin regional geosiyasətdə necə həlledici bir amilə çevrildiyini təsdiqləyir. Azərbaycanın təcrübəsi göstərir ki, sistemin təzyiqləri nə qədər ağır olsa da, daxili imkanları milli maraqlar çərçivəsində doğru səfərbər edən və praqmatizmə söykənən dövlətlər sub-regional asılılıqdan xilas olaraq qlobal miqyaslı strateji aktora çevrilə bilərlər”, - deyə Bayram Əliyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər