Somalidə "Əş-Şəbab" qruplaşmasının 29 üzvü öldürülüb
Qahirə, 3 iyun, AZƏRTAC
Somalinin Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyi ölkənin cənub-şərqində və mərkəzində həyata keçirilən əməliyyatlar zamanı "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəli olan “Əş-Şəbab” qruplaşmasının 29 üzvünün zərərsizləşdirildiyini açıqlayıb.
AZƏRTAC Qətər Xəbər Agentliyinə istinadla bildirir ki, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən əməliyyatlar çərçivəsində qruplaşmanın terror planlarının qarşısı alınıb. Kəşfiyyat məlumatları əsasında Mərkəzi Şabelli bölgəsində silahlıların toplaşdığı məntəqəyə endirilən zərbə nəticəsində 23 nəfər öldürülüb. Bildirilib ki, həmin şəxslər bölgənin təhlükəsizliyini pozmağa yönəlmiş hücumlar hazırlayırdılar.
Digər əməliyyat isə Hiran bölgəsində həyata keçirilib. Birgə qüvvələrin Buq Aqabli ərazisində qruplaşmaya məxsus sığınacağa təşkil etdiyi əməliyyat nəticəsində rəhbər şəxslərindən biri də daxil olmaqla, 6 silahlı öldürülüb.
Qeyd edək ki, Somali hökumət qüvvələri 10 ildən artıqdır ki, "Əş-Şəbab" qruplaşmasına qarşı mübarizə aparır. Qruplaşma bu müddət ərzində yüzlərlə mülki şəxsin və təhlükəsizlik əməkdaşının həlak olduğu çoxsaylı hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [16:03]
Latviya NATO-da daha güclü kollektiv müdafiə sistemi qurmağa çağırır
- 03.06.2026 [15:35]
Numan Kurtulmuş: BMT çarəsiz vəziyyətdədir
- 03.06.2026 [15:32]
Küveytin hava məkanı iki aviaşirkət üçün açılıb
- 03.06.2026 [15:31]
Tramp: Mən olmasaydım, İsrail artıq yox idi
- 03.06.2026 [15:31]
Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib
- 03.06.2026 [15:23]
Tramp Netanyahunu tənqid etsə də, əməkdaşlığın davam etdiyini bildirdi
- 03.06.2026 [15:22]
Polşa Belarusla sərhəddəki bufer zonasının fəaliyyət müddətini uzadıb
- 03.06.2026 [15:09]
ABŞ Prezidenti İrana qoşun yeridilməsinin gündəmdə olmadığını deyib
- 03.06.2026 [15:07]