Kobaxidze: Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı bizim üçün xüsusi əhəmiyyət kəsb edir
Tbilisi, 3 iyun, AZƏRTAC
Gürcüstan tranzit funksiyasının inkişafına, bağlantı baxımından imkanlarımızın təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verir və bu baxımdan Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, yeni Bakı-Tbilisi-Qars dəmir yolu xətti tarixi bir layihədir və Gürcüstan, Azərbaycan və Türkiyə arasında uğurlu əməkdaşlığın ən yaxşı ifadəsidir.
"Bu layihə həm də dost ölkələrimizlə nə qədər sıx əməkdaşlıq etdiyimizin ən yaxşı ifadəsidir. Bu əməkdaşlıq daha da inkişaf etdiriləcək", - deyə Kobaxidze bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi