Basketbol üzrə Federasiya Kuboku–2022” respublika turnirinin qalibləri müəyyənləşib
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən 12 yaşadək oğlanlar və qızlar arasında “Federasiya Kuboku-2022” respublika turnirinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, oğlanların yarışında “UGİM-8” komandası qalib adını qazanıb. Qızların mübarizəsində isə “Qaradağ” komandası birinci yeri tutub.
Qalib komandalar mükafatlandırılıblar.