Basketbol üzrə Tələbə Liqasının 10-cu turu keçirilib
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, liqanın 10-cu turunda Texniki Universitetin komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 103:82 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.
Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetinin komandaları iştirak edir.
Oyunları “AzTU TV” yutub kanalından canlı izləmək mümkündür.