İDMAN
Batut üzərində sinxron tullanma yarışlarının qızıl medallarına Rusiya idmançıları layiq görülüblər [YENİLƏNİB]
İyunun 21-də Milli Gimnastika Arenasında batut üzərində sinxron tullanma yarışlarının final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, kişilər arasında yarışda Rusiya idmançıları Mixail Melnik və Dmitri Uşakov (51,100)qələbə qazanıblar. İkinci yerə Belarus gimnastları Vladislav Qonçarov və Mixail Kazak (50,800), üçüncü yerə isə Almaniya atletləri Martin Qromovski və Kirilo Sonn (48,800) layiq görülüblər.
Qadınlar arasında yarışda birinci yeri rusiyalı Anna Kornetskaya və Yana Pavlova tutublar (46,400). Gümüş medalları Fransa idmançıları Marina Jurbert və Coel Velez (44,600), bürünc medalları isə Portuqaliya gimnastları Beatris Martins və Anna Rente (44,500) qazanıblar.
11:30
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də Milli Gimnastika Arenasında “Bakı-2015” birinci Avropa Oyunlarının batut üzərində fərdi tullanma yarışlarında bürünc medala Azərbaycan idmançısı İlya Qrişun (58,765)sahib olub.
AZƏRTAC xəbər verir ki, bu idman növündə birinci yeri rusiyalı Dmitri Uşakov (60,090) tutub. Belarus atleti Vladislav Qonçarov (59,380) gümüş medal qazanıb.
Qadınlar arasında birinci rusiyalı Yana Pavlova (54,335) çıxıb. İkinci yeri Britaniya idmançısı Ketrin Driskoll (53,910), üçüncü yeri isə Belarusun nümayəndəsi Anna Qorçenok (53,565) tutublar.
Azərbaycan gimnastı Svetlana Makştaryova 5-ci yerdə qərarlaşıb.