BDU-da “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda XI Respublika konfransı keçirilir
Bakı, 11 may (AZƏRTAC). Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda XI Respublika elmi-praktiki konfrans keçirir.
AZƏRTAC xəbər verir ki, hüquq orqanları nümayəndələrinin, Azərbaycan, Almaniya, Rusiya, Gürcüstan və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndər, müdrik dövlət xadimi Heydər Əliyevin elm və təhsilin inkişafına böyük önəm verdiyini, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
Rektor ümummilli lider Heydər Əliyevin ölkəmizdə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğunda tarixi rolunu vurğulamışdır.
Professorlar Bəhram Zahidov, Firudin Səməndərov, İbrahim Quliyev müstəqil dövlətimizin memarı və qurucusu, böyük şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, ulu öndərin elmə, təhsilə daim diqqət və qayğı göstərdiyini söyləmişlər.
Sonra “Dövlət və hüquq nəzəriyyəsi və tarixi, beynəlxalq hüquq”, “Konstitusiya hüququ, inzibati hüquq, insan hüquqları”, “Mülkü hüquq”, “Mülki proses, əmək və ekologiya hüququ”, “Cinayət hüququ və kriminologiya; cəza icra hüququ”, “Cinayət prosesi”, “Kriminalistika, məhkəmə ekspertizası və əməliyyat-axtarış fəaliyyəti” bölmələri üzrə iclaslar keçirilmişdir.
Mayın 12-də başa çatacaq konfransa 270-dək məqalə və məruzə təqdim olunmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]