BDU kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 10 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.