BDU-nun “SABAH” tələbələrinə “İngilis dilini öyrən – sıfırdan sonsuzadək” mövzusunda təlim keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” Mərkəzinin təşkilatçılığı ilə “İngilis dilini öyrən - sıfırdan sonsuzadək” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
ABŞ-ın Corc Vaşinqton Universitetinin magistrantı, ingilis dili mütəxəssisi Abdulxaliq Məmmədli tərəfindən keçirilən təlimdə “SABAH” qruplarının müxtəlif ixtisaslarında təhsil alan tələbələrə ingilis dilinin öyrənilməsi üçün ən effektiv metodlar, düzgün yanaşma, öyrənmə strategiyası və müxtəlif faydalı məlumat bazaları haqqında ətraflı məlumat verilib.
Məruzəçi xarici dil öyrənməklə bağlı öz təcrübəsini və nəzəri məlumatları bölüşüb.
İnteraktiv şəraitdə keçən təlimin sonunda tələbələrin sualları cavablandırılıb.