Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bənzərsiz ssenarilərlə kino dünyamızı zənginləşdirən sənətkar

Bu gün Xalq Artisti Həsən Seyidbəylinin doğum günüdür

Bakı, 22 dekabr, AZƏRTAC

Bu gün görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq Artisti Həsən Seyidbəylinin anadan olmasından 97 il ötür. Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan bu böyük kino xadiminin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib. Bu mənada AZƏRTAC-ın sifarişi ilə Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mətanət Nəsirovanın kinorejissora həsr etdiyi yazı da maraq doğurur.

Ədəbiyyatdan mədəniyyətə gedən yol

1920-ci il dekabrın 22-də Bakıda anadan olan Həsən Seyidbəyli Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu və Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. Sonralar ali ssenari kurslarında təhsilini davam etdirən sənətkar 1963-1980-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində çalışıb. 

Həsən Seyidbəyli yaradıcılığa ədəbiyyatla başlamışdı. Onun ədəbi yaradıcılığında “Kür sahillərində” , “Telefonçu qız” povestləri, “Uzaq sahillərdə” romanı ( İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə”, “İllər keçir” ( İ.Qasımovla birgə), “Çiçək” romanları, “Dəniz cəsurları sevir” (İ.Qasımovla birgə), “Sən nə üçün yaşayırsan” (İ.Qasımovla birgə) pyesləri mühüm yer tutur. H.Seyidbəyli kinoya kiçik oçerklər müəllifi kimi gəlmişdi. “Böyük yol” , “Bakıdan - Göygölədək” film-oçerkləri milli kinematoqrafiya sənətinə istedadlı bir gəncin qədəm basdığından xəbər verirdi. Böyük sənət yolunun başlanğıcında duran bu əsərlərdə ilk istedad qığılcımları, vətənə ülvi məhəbbət duyğuları, təbiətə vurğunluq hissləri çox məharətlə tərənnüm olunmuşdu. “Nəsimi” filmini çəkmək böyük bir imtahan idi. Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək doğrudan da, riskli bir iş idi, ancaq H.Seyidbəyli bu riskə getdi. Filmin bədii keyfiyyətləri yüksək idi və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları valeh etmişdi. H.Seyidbəyli baş rola gənc aktyor Rasim Balayevi çəkmişdi. O, həm də Rasim Balayevi kino sənətinə gətirməklə kino tariximizi zənginləşdirdi. Ömrünün son vaxtlarında H.Seyidbəyli “Xoşbəxtlik qayğıları” filmini çəkdi. Filmin ssenarisini də rejissor özü yazmışdı. Filmdə qəhrəmanlar köhnəliyin qalıqlarına qarşı çıxır, hər şeyi yenidən başlamaq istəyirlər. Milli mədəniyyət tariximizin müasir mərhələsinin ən böyük simalarından olan aktyor ömrünü ədəbiyyata və incəsənətə həsr etmiş, incəsənətin müxtəlif növlərində, janrlarında nailiyyətlər qazanmışdır. Həmin istiqamətlərdən biri də kinodramaturgiyadır. H.Seyidbəylinin kinossenari yaradıcılığı daim diqqət mərkəzində olmuşdur. Sənətkar öz kinossenarilərində maraqlı, gərgin, dramatik süjet ustası, bir-birindən fərqlənən tutarlı xarakterlər yaradıcısı kimi diqqəti cəlb edir. H.Seyidbəylinin kinossenariləri öz ideya məzmunu və bədii-emosional keyfiyyətləri cəhətdən maraq kəsb edir.

Həsən Seyidbəylini kinematoqrafiyada yaşadan ssenarilər

Həsən Seyidbəylinin ssenari müəllifi olduğu “Cazibə qüvvəsi”, “Doğma xalqıma” , “Xoşbəxtlik qayğıları”, “Qızmar günəş altında” , “Möcüzələr adası” , “O qızı tapın” , “Sən niyə susursan?” , “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Yolda əhvalat” kimi filmlər onun ssenarist kimi istedadını sərgiləyir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan H.Seyidbəylinin böyük kino ilə ilk təması “Uzaq sahillərdə” (1958) filmi ilə baş tutmuşdu. Xalq Yazıçısı İmran Qasımovla birgə yazdıqları “Uzaq sahillərdə” filminin ssenarisində kinematoqrafiyanın bütün tələblərinə əməl edilmişdi. Müharibə mövzusunun çox sərrast işləndiyi bu ssenari, müəlliflərinə böyük şöhrət gətirdi. Filmdə İkinci Dünya müharibəsi illərində İtaliya ərazisində partizan dəstəsində vuruşan azərbaycanlı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığından söhbət açılır. 

H.Seyidbəylinin ssenarisi əsasında çəkilən ilk bədii-sənədli film “Doğma xalqıma” (1954) filmidir. “Doğma xalqıma” ilk rəngli Azərbaycan bədii-sənədli filmidir. Konsert janrında çəkilmiş ekran əsərində Bülbül, Rəşid Behbudov, Qəmər Almaszadə, Ağababa Bünyatzadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Sona Aslanova, Azad Əliyev, Nəcibə Məlikova, Əfrasiyab Məmmədov, Həsənağa Salayev və başqa incəsənət xadimləri yaradıcılıq hesabatı verir. Bəstəkarlardan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, “Koroğlu” və “Nərgiz” operalarından, “Yeddi gözəl”, “Qız Qalası”, “Gülşən” baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilib.

H.Seyidbəylinin “Kənd həkimi” povesti əsasında çəkilmiş “Qızmar günəş altında” filmində şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Ə.Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Kəndə qısa müddətli ezamiyyətə gəlmiş filmin qəhrəmanı özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür.

“Yolda əhvalat” filmi atasının “Pobeda” markalı maşınında öz dostları ilə əylənən, tüfeyli həyat keçirən, maşını dostları ilə məqsədsiz sağa-sola sürüb qəzaya uğrayan gənclərdən söhbət açır.

Azərbaycan kinosunun nağılçısı

Ancaq H.Seyidbəyli bir sıra filmlərin həm ssenari müəllifi, həm də rejissoru kimi çıxış edib. Bunlara misal olaraq, “Bizim Cəbiş müəllim”, “Xoşbəxtlik qayğıları”, “Telefonçu qız”, “Sən niyə susursan” və s. filmləri göstərmək olar. “Bizim Cəbiş müəllim” (1969) filmində bir ailənin tarixçəsi fonunda müxtəlif insanların xarakterləri dinamik kadrlarla, panoramlı çəkilişlərlə təsvir olunur. Filmin epizodlarında nadir hallarda rastlaşdığımız komik dialoqlarda belə müharibənin bədbəxtliklərini xatırladan dərin kədər var. H.Seyidbəylinin filmlərində, hər bir kadrın qrafik və rəng-ton həllinin diqqətlə işlənməsi, həmçinin qeyri-standart təhkiyə tərzi rejissorun kino dilinin ifadə vasitələrinə həssas münasibətindən xəbər verir. 

Bu halda, yuxarıda qeyd edilənləri nəzərə alsaq, deyə bilərik ki, kinorejissor H.Seyidbəyli birinci növbədə vizuallaşdırma ustası və yalnız ondan sonra nağılçıdır. Çünki hər şeydən əvvəl kinematoqraf təsvir sənətidir. Kinonəql filmin bitkin obrazı ilə nəticələnən “şəkillər” zəncirindən ibarətdir. Əsl kinorejissor - vizuallaşdırma ustası - həmin obrazın partiturasını yaradanda gələcək filmin tamaşaçıya neyrofizioloji təsir xüsusiyyətini əsas götürür. Yəni o, artıq sadəcə ssenaridəki material, həmin materialı təkmilləşdirmək və onun gizli potensialını inkişaf etdirmək haqqında düşünmür. Rejissor daha çox bu materialı zaman-məkan ölçüsündə necə istifadə etmək barədə fikirləşir ki, materialın ideyası daha təsirli olsun. Sadə dillə desək, rejissor tamaşaçını öz ismarıcının adresatı hesab edir və insanın qavrama qabiliyyətini nəzərə alır. Təbii ki, kinodramaturq da ssenarini hazırlayanda daim tamaşaçı haqqında fikirləşir - ekspozisiyası, dönüş nöqtələri, kulminasiyası və düyünün açılışı ilə Aristotelin “Poetikası”na əsaslanan ssenarinin üç hissəli quruluşu insanın qavrama qabiliyyətinin xüsusiyyətlərini nəzərə alaraq yaradılıb. Amma hər halda bu, son nəticədə - rejissor kino dilinin elementləri ilə oynayaraq, filmin təkrarolunmaz atmosferini yaradandan sonra meydana çıxacaq nəsnənin ilk rüşeymləridir.

Onun filmləri bu gün də tamaşaçını ovsunlayır

H.Seyidbəyli quruluş verdiyi filmlərdə bir rejissor olaraq, yalnız incə zövqlü sənətkar kimi yox, həm də məqsədi tamaşaçıya bilavasitə hipnotik təsir etmək olan sərt suggestoloq-alim kimi çıxış edir. Mövzu, süjet, fabula isə sadəcə bu təsirin üzərindəki pərdədir. Görkəmli kinorejissorun filmlərində ilk nəzərə çarpan elementlərdən biri də məhz tamaşaçıya güclü təsiretmə bacarığıdır. Onun filmlərinin atmosferi tamaşaçını film başlayan andan ələ alır, həmin ovqatın təsirinə salır. Son nəticədə tamaşanın üç ölçülü səhnəsindən fərqli olaraq, bütün bu sehrli atmosfer ikiölçülü ekranda əks olunur və filmin bütün təsiri işığın, rəngin oyunu, cizgilər, səslər və s. dördbucaq ekran üçündür. Onun çərçivəsi kadrın sərhədləri ilə üst-üstə düşür və kinematoqrafik məkana “giriş” rolunu oynayır. Təbii ki, kinorejissor aktyorların çəkiliş meydançasındakı oyunundan hədsiz zövq ala bilər, amma heç vaxt kino dilinin neyrofizioloji elementlərini yaddan çıxarmamalıdır. Ancaq onların sayəsində film tamaşaçıya təsir edir. 

H.Seyidbəylinin ssenari yaradıcılığında özünəməxsus xüsusiyyətləri çoxdur. Kino dramaturqu kimi o, çox ciddi ictimai konfliktə malik mövzulara əl atmış, müharibə, ailə-məişət qayğıları, əmək problemlərinə aid müstəqil ədəbi ssenarilər yazmışdır. H.Seyidbəyli mənfi obrazları ya monoloqları, ya da tərəf-müqabilləri vasitəsilə qınaq obyektinə çevirirdi. Bir sözlə, o, əsl realist sənətkar idi. Onun ekran dramaturgiyasına hələ çox boylanılacaq, sənətkarlıq xüsusiyyətləri təhlil obyektinə çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar