Bərdəli gənclər “Könüllü qonaq” təşəbbüsü çərçivəsində növbəti ailəyə baş çəkiblər
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması ilə əlaqədar bir sıra rayonlarda reallaşdırılan “Könüllü qonaq” təşəbbüsü Bərdə gəncləri tərəfindən də davam etdirilir.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bərdəli gənclər rayonda xüsusi qayğıya ehtiyacı olan daha bir sakinin evinə baş çəkiblər.
Bu nəcib təşəbbüsün iştirakçıları ev işlərində sakinə kömək göstərdikdən sonra onunla birlikdə xoş və maraqlı vaxt keçiriblər. Ev sahibi həyat hekayəsini gənclərlə bölüşüb, onlara tövsiyələrini verib.
Bərdə gəncləri ölkəmizin digər şəhər və kəndlərində yaşayan yaşıdlarını #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.